Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir C.Babayeva /
Amerikanın Kaliforniya ştatı Assambleyasının üzvü Bob Blumenfild Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna rəsmi məktub göndərib. Blumenfild məktubunda Azərbaycan Prezidenti və hökumətinə iyulun 28-29-da İsrailin hökumət başçısı Şimon Peresin Azərbaycana səfərinə görə minnətdarlğını bildirib. Bu barədə məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.
Amerkalı qanunverici yazır ki, bununla Prezident İlham Əliyev Yaxın Şərqdə sülh və əmin-amanlıq, həmçinin bu regionda tolerantlıq və plüralizm prinsiplərinə sadiqliyini nümayiş etidirib
"Mənə məlum olduğu kimi Azərbaycanın gündəlik həyatında bu dəyərlər öz əksini tapıb. Bizim kübar cəmiyyətimizdə yəhudilər də digər vətəndaşlar kimi dini hüquqlara malikdirlər", - Blumenfildin məktubunda deyilir.
Kaliforniya Assambleyasının üzvü diplomatik nümayəndəliyə Prezident İlham Əliyevə dərin minnətdarlğının çatdırılması üçün müraciət edib və bəyan edib ki, Azərbaycan dövlət başçısının Şimon Peresi Bakıya dəvət etmək qərarını səmimi qəlbdən alqışlayır.