Gürcüstan, Tbilisi, 28 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın Rabitənin Nizamlanması üzrə Milli Komissiyası (GRNMK) Rusiya telekanallaının hər birini 50 min lari cərimə edib.
GRNMK-dan verilən məlumata görə, Rusiya telekanalları "Ren TV", "NTV", "TV-Sentr", "Rossiya", "Kultura" Gürcüstanın işğal edilmiş ərazilərində qeyri-qanuni yayımlanır, bununla əlaqədar olaraq onlar hər biri 50 min lari cərimə ediliblər.
Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 1441-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, Gürcüstanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətə görə 50 min lari həcmində, qeyri-qanuni fəaliyyətin təkrar edilməsi halında isə 500 min lari həcmində cərimə nəzərdə tutulub.