Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 4-5 sentyabrda Ermənistana səfər edəcək. Xarici işlər nazirinin müavini David Calaqoniyanın ənənəvi bazar ertəsi brifinqində dediyinə görə, səfər ikitərəfli razılıq çərçivəsində həyata keçiriləcək.
Səfər çərçivəsində Vaşadze erməni həmkarı Edvard Nalbandyanla görüşəcək. Ermənistanın icraedici və qanunverici orqanları ilə də görüşlər nəzərdə tutulur.
Calaqoniyanın dediyinə görə, danışıqların gedişində ikitərəfli əlaqələr müzakirə ediləcək.
Son günlər iki ölkə arasındakı əlaqələr sərhədboyu problemə görə kəskinləşib. Bir sıra erməni kütləvi informasiya vasitələrinin iddiasına görə, Gürcüstan sərhədçiləri məntəqələrdən birində sərhədi bir qədər irəli çəkiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]