Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir H.Həsənov /
"Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov bütün güc nazirliklərinə kontrabandaçılar və terror qruplaşmaları tərəfindən hücumların qarşısını almaq məqsədi ilə Xəzər dəniz sərhədlərinin etibarlı müdafiəsini təşkil etməyi tapşırıb", - rəsmi türkmən mənbəyi məlumat verir.
"Dəniz sərhədləri ölkə daxilindəki vəziyyəti korlamaq istəyən kontrabandaçılar və terrorçularla mübarizəyə həmişə hazır olmalıdır", - Berdimuhammedovun bu sözləri Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Mill Təhlükəsizlik Nazirliyi və DİN-ə ünvanlanıb.
Təsdiq olunmuş hərbi doktrinaya əsasən, dövlət sərhəd xidmətinin əsas məqsədi Türkmənistanın dövlət dəniz sərhədi, dənizin dayazsulu hissəsi və dəniz iqtisadi zonasının mühafizəsinin təşkili, sərhədin qeyri-qanuni pozulması haqqında xəbərdarlıqdır.
Berdimuhammedov 2015-ci ilə qədər ölkənin Xəzəryanı hissəsində müasir müşahidə texnikası və göyərtəsində raket olan gəmilərlə təmin olunan hərbi dəniz bazasının yaradılması barədə qərar qəbul edib. Həmçinin Türkmənbaşı şəhərində hərbi dəniz tədris institutunun yaradılması haqqında sərəncam da imzalanıb.
Altın Asır telekanalının bu gün verdiyi xəbərə görə, türkmən lideri qeyd edib ki, Türkmənistan heç bir ölkəyə qarşı ərazi iddiasında deyil və heç bir dövləti özünə düşmən saymır, öz sərhədlərini sülh, dostluq və mehriban qonşuluq sərhədləri hesab edir.
Türkmənistanın Əfqanıstan, İran, Özbəkistan və Qazaxıstanla quru, öz sərəncamında hərbi dəniz donanması olan Azərbaycan, Rusiya, Qazaxıstan və İranla dəniz sərhədinə malikdir. Aşqabad isə MDB-də "Kalkan" və "Qrif" tipli hərbi patrul gəmilərinin alınması ilə kifayətlənib.
Ümumilikdə, türkmən lideri milli ordunun yenidən silahlandırılması və dənizdəki hərbi-strateji mövqelərin möhkəmləndirilməsinə ehtiyacın yaranmasını müasir dünyada narkokontrabandada maraqlı olan beynəlxalq ekstremist və terrorçu qruplaşmalarının güclənməsi ilə əsaslandırıb.
Berdimuhammedovun sözlərinə görə, bir sıra ölkələrdə insan itkiləri ilə nəticələnən daxili gərginlik mövcuddur. Müstəqil müşahidəçilər hesab edir ki, Aşqabadın narahatlığına səbəb Şimali Qafqazda, əsasən də Xəzərlə sərhədə malik Dağıstanda həyata keçirilən terror aktlarıdır.
Məlum olduğu kimi, buna qədər Türkmənistan özü "zorakılıq aktları" ilə qarşılaşıb. 2008-ci il sentyabrın ortalarında Aşqabadda baş verən insidentdən - Türkmənistan XİN-in məlumatına görə, Rusiyadan hərbi narkoqruplaşma zərərsizləşdiriləndən sonra gizli müşahidə zamanı və antiterror əməliyyatlarının aparılması zamanı istifadə oluna bilən pilotsuz təyyarələr alınıb.
Türkmən KİV-in bu gün verdiyi məlumata görə, bir müddət əvvəl Berdimuhammedov Polis və Hərbi Akademiya binalarının açılışında iştirak edib. Bununla yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təlimlər keçirib.
"Toplaşanların gözü qarşısında girov götürən terroçuların tərksilah edilməsi üzrə "döyüş əməliyyatı" həyata keçirilir. Xüsusi qoşunların döyüşçüləri fərqli fiziki və peşəkar hazırlıq nümayiş etdirərək cinayətkar qrup tərəfindən girov götürülən əsirləri azad edir və terrorçuları zərərsizləşdirirlər", - bu gün "Neytral Türkmənistan" qəzeti yazır.
Müstəqil benyəlxalq müşahidəçilər hesab edirlər ki, son zamanlara qədər Türkmənistan ərazisi qonşu Əfqanıstandan Avropaya narkotik vasitələrin ötürülməsi üçün fəal şəkildə istifadə olunub. 2007-ci ilin fevralında Türkmənistan Prezidenti olan Berdımuhammedov bu istiqamətin qarşısını almaq üçün bir sıra ciddi addımlar atıb. Onun hakimiyyəti dövründə narkotik ticarəti ilə mübarizə üzrə xüsusi dövlət xidməti yaradılıb, kriminal mənbələrə malik və terrorçuluğun maliyyələşdirilməsini həyata keçirilə biləcək kapitalların yuyulmasına qarşı normativlər hazırlanmağa başlayıb.
Bu məsələdə Türkmənistana ölkənin sərhəd zastavalarını lazımi avadanlıqlarla təmin edən Qərb fəal kömək edir. Son müddət ərzində ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya qoşunlarının komandanı Devid Petreus iki dəfə bu ölkəyə səfər edib. Təxminən bir həftə əvvəl də Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini Ceff Meysonun başçılıq etdiyi nümayəndə heyəti səfərdə olub.
Türkmənistan "müdafiə xarakterli olan, ölkədə sülhün qorunması məqsədlərinə, onun sərhədlərinin bütövlüyünə riayət olunması, xalqın birliyinin qorunması, onun sakit və firavan həyatının saxlanması, Silahlı Qüvvələr və digər qoşunların gücünün daha da möhkəmləndirilməsi, onun qarşısında duran məsələlərin uğurla həll olunması, Silahlı Qüvvələr və digər qoşunların ən müasir silah və hərbi texnika ilə təchiz olunmasına hesablanan" hərbi doktrinanın konstitusiyasına riayət edir.
NATO qüvvələrinin "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlarının başlanması dövründə rəsmi Aşqabad hərbi-strateji xarakterli yüklər üçün nəqliyyat dəhlizi ayırmaqdan imtina etmişdi. İstisnalar yalnız humanitar yüklər üçün edilmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]