...

Avropa Şurası Gürcüstanın işğal edilmiş ərazilərinə beynəlxalq nəzarətçilər yerləşdirməyi tələb edir

Siyasət Materials 7 Sentyabr 2009 18:54 (UTC +04:00)
Avropa Şurası məsələyə insan haqlarının pozulması faktlarının artmasından yanaşaraq, Gürcüstanın işğal edilmiş ərazilərinə beynəlxalq nəzarətçilərin yerləşdirilməsini tələb edir.
Avropa Şurası Gürcüstanın işğal edilmiş ərazilərinə beynəlxalq nəzarətçilər yerləşdirməyi tələb edir

Gürcüstan, Tbilisi, 07 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Avropa Şurası məsələyə insan haqlarının pozulması faktlarının artmasından yanaşaraq, Gürcüstanın işğal edilmiş ərazilərinə beynəlxalq nəzarətçilərin yerləşdirilməsini tələb edir. "İmedi" teleşirkəti məlumat verir ki, bu tələb AŞ PA-nın büro iclasında səslənib.

AŞPA-nın deputatları Rusiyaya tənqidi yanaşırlar. Deputat Korin Yonkerin büro iclasından əvvəl jurnalistlərə dediyinə görə, beynəlxalq missiyanın Abxaziya və Sxinvali regionundan çıxmasından sonra burada insan haqlarının pozulması faktları artıb.

"Ən böyük problem ondadır ki, beynəlxalq təşkilatlar Abxaziya və Cənubu Osetiyaya daxil olmaq hüququna malik deyillər. Mən insan haqlarının müdafiəsi sahəsində çalışsam da, siyasi qarşıdurmaya qarışmıram. Bizim təşkilatın məqsədi orada işləmək hüququna sahib olmaqdır. Heç kim bilmir ki, o yerlərdə nə baş verir, gürcülərin və osetinlərin hüquqları necə pozulur. Bu dünya təşkilatlarının narahatçılığına səbəb olur. Zabitlərimizin Qalski rayonunda insan haqlarının pozulması faktlarını aşkar etmələri üçün bizim təşkilatın oraya çağırılması zəruridir", - Yonker deyib.

Gürcüstan-Rusiya siyasi debatının keçirillmə vaxtı AŞPA-nın büro iclasından sonra bəlli olacaq. İlkin informasiyaya görə, debat 28 sentyabr tarixinə təyin edilə bilər. Bu sessiyada isə AŞ-nin Rusiyaya hər hansı bir sanksiya tətbiq edib-etməyəcəyi barədə son qərar qəbul ediləcək.

AŞ-nin monitorinq komitəsinin Gürcüstan haqqında ötən ilin avqust müharibəsinə həsr olunmuş rəyi də hazırdır. Qrif gizli şəkildə 30 sentyabrdan sonra çıxarılacaq. Rusiya deputatlarının dediyi kimi, bu rəy qorxulu filmin bir hissəsidir. Belə ki, Rusiya tənqid atəşinə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti