...

Bakıda məhkumlar şəhər sakininin avtomobilini ələ keçiriblər

Siyasət Materials 8 Sentyabr 2009 13:05 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 və 2 saylı Cəzaçəkmə Müəssisələrində cəza çəkənlər Elşad Tağıyev və Şafəddin Xəlilov tutulub və faktla bağlı cinayət işi başlanıb.
Bakıda məhkumlar şəhər sakininin avtomobilini ələ keçiriblər

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda məhkumlar şəhər sakininin avtomobilini ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 3-də saat 02.20 radələrində 4 naməlum şəxs 3-cü mikrorayon dairəsində Bakı şəhər sakini Nurlan İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildiriblər.

Sabunçu qəsəbəsi Ş.Əsədullayev küçəsində onlar İbrahimovu bıçaqla hədələyərək avtomaşını ondan alıblar.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 və 2 saylı Cəzaçəkmə Müəssisələrində cəza çəkənlər Elşad Tağıyev və Şafəddin Xəlilov tutulub və faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti