Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarını dövləti başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin ayrı-ayrı istiqamətlərdə inkişaf etdiyi vurğulanıb, münasibətlərin genişlənməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, Gürcüstanın xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş edib.