...

Vətəndaş cəmiyyətlərinin "Şərq tərəfdaşlığı" çərçivəsində ilk forumu noyabrda keçiriləcək

Siyasət Materials 18 Sentyabr 2009 15:20 (UTC +04:00)
Vətəndaş cəmiyyətlərinin "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlığı üzrə ilk forum noyabr ayında Brüsseldə keçiriləcək, bu barədə Bakıda keçirilən mətbuat konfrnasında Avropanın dostluq siyasəti üzrə idarəsinin administratoru Covanni Kremonini bildirib.
Vətəndaş cəmiyyətlərinin "Şərq tərəfdaşlığı" çərçivəsində ilk forumu noyabrda keçiriləcək

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir V.Javoronkova /

Vətəndaş cəmiyyətlərinin "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlığı üzrə ilk forum noyabr ayında Brüsseldə keçiriləcək, bu barədə Bakıda keçirilən mətbuat konfrnasında Avropanın dostluq siyasəti üzrə idarəsinin administratoru Covanni Kremonini bildirib.

Onun sözlərinə əsasən, Aİ üçün "Şərq tərəfdaşlığı" çərçivəsində təkcə dövlət başçılarının deyil, eyni zamanda iştirakçı ölkələrin vətəndaş cəmiyyətlərinin əməkdaşlığı da vacibdir.

"Biz vətəndaş cəmiyyətlərinin xüsusi forumunu yaratmışıq", - Kremonini bildirib.

Onun sözlərinə əsasən, "Şərq tərəfdaşlığı proqramı çərçivəsində vətəndaş cəmiyyətləri forumu" noyabrın 16-17-də Brüsseldə keçiriləcək.

"Forum çərçivəsində bir neçə işçi qrupu tövsiyələr veriləcək məsələləri müzakirə edəcək. Bu tövsiyələr xarici işlər nazirlərinin dekabrda keçiriləcək görüşündə təqdim ediləcək", - Kremonini bildirib.

"Vətəndaş cəmiyyətlərinə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində xüsusi yer ayrılacaq", - o deyib.

"Şərq tərəfdaşlığı" Polşa və İsveçin qonşuluq siyasəti çərçivəsində Aİ-nin postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsdür. Proqram martın 20-də Aİ-nın iclasında təsdiqlənib. "Şərq tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Aİ-nin Praqadakı sammitində qüvvəyə minib.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Aİ proqram çərçivəsində qonşu ölkələrə 2009-2013-cü illərdə 600 milyon avro ayıracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti