...

Azərbaycan Parlamentində Avropaya inteqrasiya bölməsi yaradılıb

Siyasət Materials 25 Sentyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində Avropaya inteqrasiya bölməsi yaradılıb.

"Bölmənin əsas fəaliyyəti Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması olacaq", - Trend -un məlumatına görə, cümə günü "Milli Məclisə dəstək" layihəsinin təqdimat mərasimindən sonra keçirilən brifinqdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Mirzəyevin sözlərinə görə, həmin bölmə aparat nəzdində fəaliyyət göstərəcək və gələcəkdə xüsusi şöbəyə çevriləcək. "Buraya müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunacaq və biz "Milli Məclisə dəstək" layihəsinin yüksək səviyyədə həyata keçirilməsinə nail olacağıq", - aparat rəhbəri əlavə edib.

Bu gün Azərbaycan Parlamentində "Milli Məclisə dəstək" Tvininq layihəsinin təqdimat mərasimi keçirilib. Bu layihənin həyata keçirilməsində Litva Seymi Azərbaycan Parlamenti ilə əməkdaşlıq edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti