...

Gürcüstan patriarxı Qafqaz müsəlmanlarının dini liderinin yubileyində iştirak edəcək

Siyasət Materials 8 Oktyabr 2009 17:35 (UTC +04:00)

Gürcüstan Tbilisi, 8 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bütün Gürcüstanın patriarxı, Katalikos II İliya 6-7 noyabr tarixlərində Azərbaycana səfər edəcək. O, Bakıda Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyində iştirak edəcək.

Dəvət edilən şəxslər arasında Gürcüstan Pravoslav kilsəsinin başçısı da var. Patriarxlığın məlumatına görə, hazırda Gürcüstan patriarxının səfər gündəliyi razılaşdırılır.

Rusiya Pravoslav kilsəsinin başçısı Kiril də məclisə dəvət edilənlər arasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti