...

Senator Makkeyn Gürcüstana səfər edəcək

Siyasət Materials 9 Oktyabr 2009 20:21 (UTC +04:00)
Yaxın gələcəkdə amerikalı senator Con Makkeyn Gürcüstana səfər edəcək. Bu, Gürcüstanın məhkəmə qərarlarının icrası, probasiya, hüquqi yardım üzrə naziri Dmitri Şaşkinin ABŞ-a səfəri ərəfəsində məlum olub.
Senator Makkeyn Gürcüstana səfər edəcək

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Yaxın gələcəkdə amerikalı senator Con Makkeyn Gürcüstana səfər edəcək. Bu, Gürcüstanın məhkəmə qərarlarının icrası, probasiya, hüquqi yardım üzrə naziri Dmitri Şaşkinin ABŞ-a səfəri ərəfəsində məlum olub.

"Redison" mehmanxanasında Beynəlxalq Respublika İnstitutunun 20 illiyinə həsr edilmiş tədbirdə Şaşkin senator Makkeynlə görüşüb.

Gürcüstanın ABŞ-dakı səfiri Batu Kutileyanın dediyinə görə, bu, amerikalı senatorun Gürcüstanla dostluq münasibətlərinin davam etməsini və onun gənc demokratiyasını dəstəklədiyinin təzahürüdür.

"Makkeyn bir daha öz fəal dəstəyini və Gürcüstana səfər etmək arzusunu bildirib", - səfir belə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti