...

Azərbaycanın müxalifət partiyaları növbəti Qarabağ forumunu keçirəcəklər

Siyasət Materials 12 Oktyabr 2009 14:27 (UTC +04:00)
Azərbaycanın bir qrup müxalifət partiyasının təmsil olunduğu ittifaq Qarabağ forumu keçirəcək.
Azərbaycanın müxalifət partiyaları növbəti Qarabağ forumunu keçirəcəklər

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın bir qrup müxalifət partiyasının təmsil olunduğu ittifaq Qarabağ forumu keçirəcək.

"Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Dağlıq Qarabağ probleminin həllini uzadacağını nəzərə alaraq növbəti dəfə geniş müzakirələrə ehtiyac yaranıb", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək.

Orucun sözlərinə görə, oktyabrın 19-da keçiriləcək forumda əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların Azərbaycanın mənafeyinə nə qədər uyğun gəlib-gəlməməsi olacaq. "Biz sərhədlər açılacağı halda Türkiyənin bütün səylərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində ciddi dönüş yaranmayacağını düşünürük", - partiya sədri əlavə edib.

Oruc deyib ki, Dağlıq Qarabağ ümummilli problem olduğundan forumda bütün müxalifət partiyalarının, eləcə də hakim partiya və hakimiyyət təmsilçilərinin iştirakını arzu edirlər. "Bu məqsədlə Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına da dəvətnamə göndəriləcək", - ittifaqın təmsilçisi qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti