...

Ərdoğan İraqa səfər edir

Siyasət Materials 13 Oktyabr 2009 11:46 (UTC +04:00)
Türkiyənin "Anadolu" xəbər agentliyindən verilən məlumata əsasən, cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İraq Prezidenti Calal Tələbani və öz iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşəcək.
Ərdoğan İraqa səfər edir

Türkiyənin "Anadolu" xəbər agentliyindən verilən məlumata əsasən, cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İraq Prezidenti Calal Tələbani  və öz iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşəcək.

Oktyabrın 15-nə planlaşdırılan səfərə Ərdoğanla birlikdə bir qrup nazir və biznesmenlər qatılacaqlar.

Türkiyə ilə İraq arasında əlaqələrdə əsasən İraqın şimalındakı Kürd Fəhlə Partiyasının terrorçuları ilə mübarizə, həmçinin bir sıra enerji və iqtisadi layihələrin reallaşması üstünlük təşkil edir. İki ölkə arasında strateji əməkdaşlıq haqqında razılıq mövcuddur.

Bu yaxınlarda, Bağdad Suriyanı avqustun 19-da bu ölkədə baş verən iki böyük terrorda Suriya rəhbərliyini günahlandırdıqdan sonra Türkiyə İraqla Suriya arasında münasibətlərin həllində vasitəçi kimi çıxış edib. Qeyd edək ki, bu terror nəticəsində yüzə yaxın insan həlak olub. İraq Suriyadan bu terror aktlarının təşkilatçılarını - Suriya ərazisində gizlənən "Baas" partiyası üzvlərini İraqa təslim etməyi tələb etmişdi. Lakin Suriya bu ittihamları rədd edib.

Türkiyə XİN Əhməd Davudoğlu da qeyd edib ki, İraqda stabilliyin bərqərar olması onun ölkəsi üçün vacibdir. 

Onun sözlərinə görə, İraqın şimalında yerləşən Kürd partiyası terrorçularının bazası İraqla yanaşı, qonşu ölkələrə, həmçinin Türkiyə üçün  təhlükədir.

Ona görə də Türkiyə İraqın şimalında yerləşən terrorçularla mübarizədə iri miqyaslı mübarizələr aparacaq, həmçinin Suriya ilə İraq arasında barışığın olmasında vasitəçilik rolunu genişləndirəcək.

Keçən həftə Türkiyə Parlamenti ordunun İraqın şimalında qalma müddətini uzadıb.

Xəbər lenti

Xəbər lenti