Azərbaycan, Bakı, 23 oktyabr / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri xanım Tina Kaydanovu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.