...

Gürcüstan XİN QİƏT-in Bakıda keçirilən 21-ci iclasını müsbət qiymətləndirir

Siyasət Materials 26 Oktyabr 2009 15:14 (UTC +04:00)
Gürcüstan tərəfi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) üzvü ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən 21-ci iclasını müsbət qiymətləndirir.
Gürcüstan XİN QİƏT-in Bakıda keçirilən 21-ci iclasını müsbət qiymətləndirir

Gürcüstan, Tbilisi, 26 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan tərəfi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) üzvü ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən 21-ci iclasını müsbət qiymətləndirir.

Bu gün Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov deyib ki, Gürcüstan nümayəndə heyətinə bu ölkənin XİN rəhbərinin müavini David Calaqaniya rəhbərlik edib. O, çıxışı zamanı Avropada təhlükəsizliyin təmin olunmasında Qara dəniz regionunun əhəmiyyətini vurğulayıb.

Calaqaniya QİƏT-in Bakıdakı iclasında deyib ki, həll olunmamış münaqişələr uğurlu regional əməkdaşlığa və Qara dəniz ətrafında halqa şəkilli avtomagistral yolun tikintisi kimi iqtisadi layihələrin reallaşdırılmasına maneələr yaradır. Bununla yanaşı o, iştirakçıların diqqətini "Rusiyanın Gürcüstan əleyhinə geniş miqyaslı təcavüzünə və bu gün də əhalinin etnik təmizlənməsinin aparıldığı və hər gün insan haqlarının kobud şəkildə pozulduğu Gürcüstanın ayrılmaz ərazilərinin azadlığını tanımasına" yönəldib.

QİƏT üzv ölkələri nazirləri müzakirələr apararaq, təşkilatın gələn altı ay ərzində qarşıda duran vəzifələr barədə qətnamə qəbul ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti