...

Gürcüstanda daha iki "donuz qripi"nə yoluxma faktı qeydə alınıb

Siyasət Materials 26 Oktyabr 2009 18:23 (UTC +04:00)
Gürcüstanda A/H1N1 virusuna ("donuz qripi") yoluxma üzrə daha iki fakt qeydə alınıb. Hər iki faktda virusun xaricdən gətirildiyi bildirilir. Bu barədə Gürcüstanın Xəstəliklərə və Cəmiyyətin Sağlamlığına Milli Nəzarət Mərkəzindən məlumat verilib.
Gürcüstanda daha iki "donuz qripi"nə yoluxma faktı qeydə alınıb

Gürcüstan, Tbilisi, 26 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda A/H1N1 virusuna ("donuz qripi") yoluxma üzrə daha iki fakt qeydə alınıb. Hər iki faktda virusun xaricdən gətirildiyi bildirilir. Bu barədə Gürcüstanın Xəstəliklərə və Cəmiyyətin Sağlamlığına Milli Nəzarət Mərkəzindən məlumat verilib.

Virusa yoluxan iki kişi Avropadan - Niderland və İngiltərədən gəlib. Onların hər ikisinin vəziyyəti yüngüldür və ev şəraitində həkim nəzarəti altındadırlar.

Gürcüstanda qeydə alınan 27 yoluxma halı bu ölkəyə xaricdən gətirilib.

Noyabrda Gürcüstana "donuz qripi"nə qarşı vaksin gətiriləcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti