...

Azərbaycanlı deputat eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin hazırlandığını istisna etməyib

Siyasət Materials 30 Oktyabr 2009 16:20 (UTC +04:00)
"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi ciddi bir sənəd olacaq və həmin layihənin Prezident Administrasiyasında hazırlanıb parlamentə göndəriləcəyini istisna etmirəm", - cümə günü Trend News-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Azərbaycanlı deputat eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin hazırlandığını istisna etməyib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsinin hazırlandığını istisna etməyib.

"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi ciddi bir sənəd olacaq və həmin layihənin Prezident Administrasiyasında hazırlanıb parlamentə göndəriləcəyini istisna etmirəm", - cümə günü Trend -a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.

Azərbaycanın müxalifət partiyasının başqanı, millət vəkili Fazil Mustafa bir müddət əvvəl "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclis Aparatına təqdim edib.

Ağamalının sözlərinə görə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər qanunvericilik aktlarında öz əksini tapmalıdır.

"Düşünürəm ki, "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsinin hazırlanıb parlamentin müzakirəsinə çıxarılmasında da heç bir problem olmayacaq. Bu həm də Konstitusiya qanunu olduğundan, onun qəbulu qaçılmazdır", - millət vəkili əlavə edib.

Partiya sədrinın fikrincə, "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsi hazır olsa belə, onun parlamentin payız sessiyasında müzakirəyə çıxarılması real deyil.

"Məncə, bu layihə 2010-cu ilin əvvəllərində, yəni yaz sessiyası zamanı qəbul olunacaq", - Ağamalı vurğulayıb.

Hakimiyyətyönlü AVP 1991-ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunub.

"Mənim hazırladığım "Eks-prezidentlərin stausu haqqında" qanun layihəsinin parlamentin müvafiq komitəsində və Milli Məclisdə müzakirəyə çıxarılacağına ümidim yoxdur", - cümə günü Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, eks-prezidentlərlə bağlı layihənin Prezident Administrasiyasında hazırlanması da istisna deyil.

"Mən bunun da tərəfdarıyam. Mən hətta özümün təqdim etdiyim layihədəki müəyyən müddəalardan istifadə olunması ilə razıyam. Çünki Konstitusiyaya dəyişikliklərdən xeyli vaxt keçib və layihənin yubadılması Konstutusiyanın pozulmasıdır", - Mustafa qeyd edib.

Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri 2008-ci ildə keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti