...

Bakıda xarici dövlətlərin iştirakı ilə su sərhədlərinin mühafizəsi məsələləri müzakirə edilib

Siyasət Materials 31 Oktyabr 2009 12:14 (UTC +04:00)
Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sahil mühafizəsi üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.
Bakıda xarici dövlətlərin iştirakı ilə su sərhədlərinin mühafizəsi məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sahil mühafizəsi üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, iki gün davam edən iclasda 8 ölkənin (Azərbaycan, Estoniya, Finlandiya, Almaniya, ABŞ, Rusiya, Türkiyə və Gürcüstan) sərhəd xidmətlərinin və Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX agentliyinin ekspertləri iştirak ediblər.

İclasda "Dənizdə neft-qaz yataqları və infrastrukturunun mühafizəsi" ilə əlaqəli olan məsələlər, dəniz sahəsində şəraitin təhlili üsullarına dair təcrübə mübadiləsi, həmçinin İşçi Qrupun gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar DSX-nin Sahil Mühafizəsinin bazasına səfər ediblər.

İclas iştirakçıları dənizdə sərhəd təhlükəsizliyinin təmini ilə bağlı məsələlərin gələcəkdə də müzakirəsinin davam etdirilməsini və İşçi Qrupun 4-cü iclasının 2010-cu ilin oktyabrında Bakıda keçirilməsini qərara alıblar.

İşçi Qrupun əsas vəzifəsi su sərhədlərinin qorunmasının səviyyəsinin yüksəldilməsi, sahil mühafizələrinin hüquqi bazasının öyrənilməsi, müsbət təcrübə və məlumat mübadiləsinin aparılması, qanunsuz miqrantların, narkotiklərin, qaçaqmalın, silah-sursatın, kütləvi qırğın silahlarının su sərhədlərinindən keçirilməsinin qarşısının daha səmərəli şəkildə alınmasından ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti