...

Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək

Siyasət Materials 5 Noyabr 2009 15:33 (UTC +04:00)
Bu gün VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyəyə səfərə yola düşüb. Səfərdə məqsəd Türkiyənin Millətçi Hərəkat Partiyasının noyabrın 8-də keçiriləcək qurultayında iştirak etməkdir, cümə axşamı Trend News-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək

Azərbaycan, Bakı, 5 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın müxalifət partiyasının sədri Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) qurultayında iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyəyə səfərə yola düşüb. Səfərdə məqsəd Türkiyənin Millətçi Hərəkat Partiyasının noyabrın 8-də keçiriləcək qurultayında iştirak etməkdir, cümə axşamı Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.

VHP sədrinə MHP-nin qurultayında iştirak etmək üçün dəvət oktyabrın əvvəlində göndərilib. VHP ilə MHP arasında əməkdaşlıq protokolu imzalanıb.

Səfər çərçivəsində Rüstəmxanlının türkiyəli həmkarları, ziyalılar, həmçinin diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulur.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti