Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zaid al Nəhəyana təbrik məktubu ünvanlayıb, cümə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.
"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı işimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram" təbrik məktubunda qeyd olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zaid al Nəhəyana təbrik məktubu ünvanlayıb, cümə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.
