...

Mexikoda Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 10 Noyabr 2009 11:28 (UTC +04:00)
Azərbaycan və Meksika arasında ikitərəfli əməkdaşlıq perspektivləri, regional təhlükəsizlik məsələləri, transmilli cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizə, energetika sahəsində əməkdaşlıq Mexikoda beynəlxalq təşkilatlar çərçivəsində müzakirə edilib. Danışıqlar Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Meksikaya rəsmi səfəri çərçivəsində keçirilib. Bu barədə Trend News-a çərşənbə axşamı Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.
Mexikoda Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycan və Meksika arasında ikitərəfli əməkdaşlıq perspektivləri, regional təhlükəsizlik məsələləri, transmilli cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizə, energetika sahəsində əməkdaşlıq Mexikoda beynəlxalq təşkilatlar çərçivəsində müzakirə edilib. Danışıqlar Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Meksikaya rəsmi səfəri çərçivəsində keçirilib. Bu barədə Trend -a çərşənbə axşamı Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Əzimov səfəri zamanı Meksika XİN-in BMT ilə əlaqələr üzrə idarəsinin rəisi Pablo Masedo və bu ölkənin xarici işlər nazirinin müavini Mariya de Loudres Aranda ilə görüşüb.

Tərəflər ikitərəfli münasibətlərin uğurlu inkişafını və iqtisadi və ticarət , həmçinin informasiya texnologiyaları, elm və təhsil sahələrində hüquqi bazanın və əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Nazir müavini Meksikanın rəsmi şəxslərini Ermənistan-Azərbaycan münaqişəsi, münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandırıb.

Əzimov həmçinin BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinin vəziyyəti barədə qətnamənin müzakirəsi zamanı dəstəyinə görə Mexikoya minnətdarlığını bildirib.

Azərbaycanlı diplomat Mexikoda həmçinin bir çox ölkələrin bu ölkəyə akreditə olunan diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. O, Meksikanın Diplomatiya Akademiyasında "Azərbaycan və regional təhlükəsizlik" mövzusunda çıxış edib. Görüşdə Meksika XİN-in əməkdaşları, akademiyanın tələbələri, Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarov və institutun rektoru Matias Romero Mariya Selia Toro Ernandes iştirak edib.

Əzimov Meksikaya səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin rəsmi açılış mərasimində iştirak edib, diplomatik missiyadan bildirilib.

Xəbər lenti

Xəbər lenti