...

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 062 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 18 Noyabr 2009 16:59 (UTC +04:00)
"Bu günə kimi bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan 31 062 nəfərdən 15 608-i ali təhsillidir. Namizədliyi qeydə alınanların 6150-si isə qadınlardır", - çərşənbə günü Trend News-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 062 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 062 nəfərin namizədliyi qeydə alınıb.

"Bu günə kimi bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan 31 062 nəfərdən 15 608-i ali təhsillidir. Namizədliyi qeydə alınanların 6150-si isə qadınlardır", - çərşənbə günü Trend -a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Namizədlikləri qeydə alınan 10 960 nəfər bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edir. "18 siyasi partiyanın irəli sürdüyü namizədlər dairə seçki komissiyalarında qeydə alınıb. Namizədlərin qeydə alınması noyabrın 23-də saat 18.00-da başa çatacaq", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti