...

Özbəkistan və ABŞ dekabr ayında ikitərəfli məsləhətləşmələr keçirəcəklər

Siyasət Materials 23 Noyabr 2009 16:17 (UTC +04:00)
ABŞ Özbəkistana gələn ay ikitərəfli məsləhətləşmələrin keçirməsini təklif edib. Bu barədə ABŞ-ın Özbəkistandakı səfirliyinin məlumatında deyilir.
Özbəkistan və ABŞ dekabr ayında ikitərəfli məsləhətləşmələr keçirəcəklər

Özbəkistan, Daşkənd, 23 noyabr / Trend , müxbir D.Əzizov/

ABŞ Özbəkistana gələn ay ikitərəfli məsləhətləşmələrin keçirməsini təklif edib. Bu barədə ABŞ-ın Özbəkistandakı səfirliyinin məlumatında deyilir.

Özbəkistan tərəfi ABŞ-ın geniş əhatəli məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin başlanması üçün Vaşinqtona nümayəndə heyətinin göndərilməsi təklifini qəbul edib.

Bu barədə razılaşma ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə köməkçisinin müavini Corc Krolun ötən həftə Daşkəndə səfəri çərçivəsində danışıqlar nəticəsində əldə olunub.

Krol səfər çərçivəsində Özbəkistan Baş nazirinin müavini Elyor Qəniyevlə, xarici işlər naziri Vladimir Norovla, ombudsman Sayyora Rəşidova və"Özbəkneftqaz" MHŞ-nin rəhbərliyi ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti