...

Azərbaycanın müdafiə naziri Pentaqon nümayəndəsi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Siyasət Materials 23 Noyabr 2009 16:07 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında əməkdaşlıq, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri bazar ertəsi Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Seleste Vollander arasında müzakirə olunub.
Azərbaycanın müdafiə naziri Pentaqon nümayəndəsi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan və ABŞ arasında əməkdaşlıq, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri bazar ertəsi Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Seleste Vollander arasında müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a bildirilib.

Müdafiə naziri S.Əbiyev münaqişənin dinc şəkildə həll edilməsinə maneçilik törətmək üçün Ermənistanın bilərəkdən danışıqlar prosesini uzatmasını qonaqların diqqətinə çatdırıb.

Bazar ertəsi Əbiyev, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin Lordlar Palatasının üzvü Anderson Ueverli ilə görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti