Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İsmayıllı rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.