...

Özbəkistanda qadınlara həsr olunmuş kino həftəsi başlayıb

Siyasət Materials 2 Dekabr 2009 12:21 (UTC +04:00)
Özbəkistanda "Qadına ehtiramla" şüarı altında milli kino həftəsi başlayıb.
Özbəkistanda qadınlara həsr olunmuş kino həftəsi başlayıb

Özbəkistan, Daşkənd, 2 dekabr / Trend , müxbir D. Əzizov/

Özbəkistanda "Qadına ehtiramla" şüarı altında milli kino həftəsi başlayıb.

Kino formunu Özbəkistanın Qaadınlar Komitəsi, BMT-nin İnkişaf Proqramının "Özbəkistanda hüquqi və təşkilati potensialın qadınların imkanlarının genişlənməsi məqsədilə inkişafı" layihəsi ilə birgə "Özbəkkino" Milli Agentliyi tərəfindən təşkil olunub.

Özbəkistanın Konistitusiya günü ərəfəsində keçirilən kino həftəsi çərçivəsində təşkilatçılar müstəqillik illərində gözəl cinsin nümayəndələri üçün yaradılmış imkanları və onların uğurlarını, müasir özbək qadınının yeni obrazını nümayiş etdirmək niyyətindədilər, respublikanın Qadınlar Komitəsindən məlumat verilib.

Tamaşaçılara 20-dən çox sənədli və bədii film təqdim olunacaq.

Filmin qəhrəmanları - onlar üçün yaradılmış imkanlardan istifadə edərək ölkənin inkişafına öz töhfələrini verən real qadınlardır. Onlar arasında müəssisə rəhbərləri, siyasətçilər, sahibkarlar, müəllimlər, həkimlər, diplomatlar, deputatlar və digər sahələrin nümayəndələri var.

Xəbər lenti

Xəbər lenti