...

Azərbaycan paytaxtında ötən il qeydə alınmış yol qəzalarında 21 uşaq dünyasını dəyişib

Siyasət Materials 19 Yanvar 2010 17:20 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev Trend News-a bildirib ki, 2009-cu ildə Bakıda uşaqlarla bağlı 107 yol qəzası baş verib və hadisələr zamanı 99 uşaq müxtəlif dərəcəli bədən xəsarət alıb.
Azərbaycan paytaxtında ötən il qeydə alınmış yol qəzalarında 21 uşaq dünyasını dəyişib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında ötən il qeydə alınmış yol qəzalarında 21 uşaq dünyasını dəyişib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev Trend -a bildirib ki, 2009-cu ildə Bakıda uşaqlarla bağlı 107 yol qəzası baş verib və hadisələr zamanı 99 uşaq müxtəlif dərəcəli bədən xəsarət alıb.

Şöbə rəisi deyib ki, dünyasını dəyişən uşaqlardan 4-ü 7 yaşınadək, 9-u 7 yaşdan 17 yaşadək, xəsarət alanlardan 14-ü 7 yaşadək, 51-i isə 7 yaşdan 17 yaşadək olan uşaqlardır.

Ötən il Bakıda 1159 yol qəzası qeydə alınıb və hadisələr zamanı 325 nəfər dünyasını dəyişib, 1241 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qəzalardan 424-ü piyadavurmalar olub. Piyadavurmalar zamanı 130 nəfər həlak olub, 322 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti