...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri istefa verdiyi barədə yayılan məlumatları təkzib edib

Siyasət Materials 20 Yanvar 2010 11:25 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov istefa verdiyi barədə yayılan məlumatları təkzib edib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri istefa verdiyi barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov istefa verdiyi barədə yayılan məlumatları təkzib edib.

"Gördüyünüz kimi mən öz vəzifəmdəyəm. Mənimlə bağlı yayılan məlumatlara fikir verməyin", - Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Pənahov bildirib.

Bəzi yerli KİV-lər Pənahovun səhhətində yarandığı problemlə əlaqədar könüllü olaraq vəzifəsindən istefa verdiyi barədə məlumat yaymışdı.

Xəbər lenti

Xəbər lenti