...

Azərbaycanda ötən il ərzində 884 mindən artıq yol hərəkət pozuntusu qeydə alınıb

Siyasət Materials 21 Yanvar 2010 11:27 (UTC +04:00)
DİN-in BDYPİ-nin şöbə rəisi Ərəstun Məcidov cümə axşamı Trend News-a bildirib ki, həmin pozuntulardan 20 319-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə, 138435-i müəyyən olunmuş sürət həddinin aşılması, 13 042-si ötmə qaydalarının pozulması, 5 520-si sərnişindaşıma qaydalarının pozulması, 610-u avtoxuliqanlıq, 5 982-si isə ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsi ilə bağlı olub.
Azərbaycanda ötən il ərzində 884 mindən artıq yol hərəkət pozuntusu qeydə alınıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il ərzində 884 mindən artıq yol hərəkət pozuntusu qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Ərəstun Məcidov cümə axşamı Trend -a bildirib ki, həmin pozuntulardan 20 319-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə, 138435-i müəyyən olunmuş sürət həddinin aşılması, 13 042-si ötmə qaydalarının pozulması, 5 520-si sərnişindaşıma qaydalarının pozulması, 610-u avtoxuliqanlıq, 5 982-si isə ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsi ilə bağlı olub.

Pozuntulara görə, 105 mindən artıq sürücü yerində cərimə olunub, 3 062 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən 20 ədəd Kalaşnikov avtomatı, 8 ədəd müxtəlif tip tapança, 8 ədəd ov tüfəngi, 11 ədəd əl qumbarası, 1 ədəd pulemyot, 5 158 ədəd müxtəlif kalibrli patron və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib, axtarışda olan 20 şəxs yaxalanıb.

2009-cu il ərzində aparılan yoxlamalar nəticəsində 10 774-dək avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti