...

Azərbaycan Parlamentində N saylı hərbi hissədə baş verən silahlı insidentlə bağlı müzakirələr aparılıb

Siyasət Materials 1 Fevral 2010 12:48 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri hesab edir ki, Daşkəsəndə (paytaxt Bakıdan 400 kilometr qərbdə) hərbi hissədəki silahlı insidentlə bağlı cinayət işi açılıb və istintaq qrupu yaradılıb. İstintaq başa çatandan sonra ətraflı məlumat veriləcək. Trend News-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.
Azərbaycan Parlamentində N saylı hərbi hissədə baş verən silahlı insidentlə bağlı müzakirələr aparılıb

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin spikeri hesab edir ki, Daşkəsəndə (paytaxt Bakıdan 400 kilometr qərbdə) hərbi hissədəki silahlı insidentlə bağlı cinayət işi açılıb və istintaq qrupu yaradılıb. İstintaq başa çatandan sonra ətraflı məlumat veriləcək. Trend -un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb, daha sonra atəş açan əsgərlər özlərini güllələyərək intihar edib.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Müsavat deputat qrupunun üzvü İkram İsrafil Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərovun rəhbərliyi ilə Daşkəsən rayonundakı hərbi hissəyə deputat qrupunun göndərilməsini təklif edib.

"Daşkəsən rayonundakı hərbi hissədə və bundan əvvəl də Silahlı Qüvvələrdə baş verən hadisələrlə bağlı parlamentdə qapalı müzakirələrin keçirilməsinə ehtiyac var", - Trend -un məlumatına görə, bazar ertəsi Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Ağazadənin sözlərinə görə, orduda bu cür hadisələrin təkrarlanmaması üçün nəzarət daha da gücləndirilməlidir. " Qanunverici orqan kimi Milli Məclis də prosesdən kənarda qalmamalıdır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti