...

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişdirilməsi bu yay baş verəcək

Siyasət Materials 25 Fevral 2010 10:52 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişdirilməsi bu yay baş verəcək. Bu barədə Trend News-a Rusiya XİN-dəki yüksək vəzifəli diplomatik mənbə məlumat verib.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişdirilməsi bu yay baş verəcək

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişdirilməsi bu yay baş verəcək. Bu barədə Trend -a Rusiya XİN-dəki yüksək vəzifəli diplomatik mənbə məlumat verib.

"ATƏT-in Minsk Qrupunun hazırkı rusiyalı həmsədri Yuri Merzlyakovu çox güman ki, İqor Popov əvəz edəcək. Popovun Minsk Qrupunun həmsədri postuna namizədliyi bir neçə aydır ki, müzakirə olunur", - mənbə bildirib.

Lakin İqor Popov özü ATƏT MQ-də həmsədr postuna təyinatı barədə məlumatı təsdiqləməyib.

"Cənab səfir özünün mümkün təyinatı ilə bağlı sizin agentliyin sorğusunu cavablandırıb və bildirib ki, yanlışlıq baş verib. Onun ATƏT-in Minsk Qrupu ilə heç bir əlaqəsi yoxdur və bu məlumatdan təəccüblənib", - Trend -a RF-in Mozambik və Svazilenddəki səfirliyinin katibi Yekaterina Mixaleviç məlumat verib.

Bundan əvvəl Ermənistanın News.am saytı İqor Popovun ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda yeni rusiyalı həmsədr təyin olunmasının mümkünlüyü barədə məlumat yayıb. NEWS.am bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən bildirib.

İqor Popov 2005-ci ilin iyulundan RF-in Mozambik Respublikasında və Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiridir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb, RF XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktor müavini olub.

Xəbər lenti

Xəbər lenti