...

Azərbaycan AQFİTM-in yaradılmasına böyük töhfə verib – Qazaxıstan xarici işlər nazirinin müavini

Siyasət Materials 12 Mart 2010 17:50 (UTC +04:00)
Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri üzrə Müşavirənin (AQFİTM) yaradıcı dövlətlərindən biri olan Azərbaycan təşkilatın yaradılmasına böyük töhfə verib. Qazaxıstanın xarici işlər nazirinin müavini Nurlan Yermekbayev belə hesab edir.
Azərbaycan AQFİTM-in yaradılmasına böyük töhfə verib – Qazaxıstan xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.Tariverdiyeva/

Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri üzrə Müşavirənin (AQFİTM) yaradıcı dövlətlərindən biri olan Azərbaycan təşkilatın yaradılmasına böyük töhfə verib. Qazaxıstanın xarici işlər nazirinin müavini Nurlan Yermekbayev belə hesab edir.

"Biz, Qazaxıstandan sonra təşkilatın büdcəsinə vəsait köçürən Azərbaycana minnətdarıq", - nazir müavini Bakıda AQFİTM iclasının yekununa dair mətbuat konfransında deyib.

Yermekbayevin sözlərinə görə, AQFİTM ideyasını 1992-ci ildə Nursultan Nazarbayev irəli sürüb. "O zaman qitədə dialoq həyata keçirmək üçün AQFİTM kimi forumun yaradılmasına zərurət yaranmışdı", - Yermekbayev deyib.

"Həmin illər ərzində təşkilat çərçivəsində nazirlər səviyyəsində iki uğurlu sammit və iki iclas təşkil edilib", - nazir müavini eyib.

Onun sözlərinə görə, iyunda təşkilata Vyetnam və daha bir-iki ölkə qəbul ediləcək.

"Təşkilat Yaxın Şərqdən tutmuş Asiyaya qədər geniş bir ərazini əhatə edir. AQFİTM-in əsas məqsədi müxtəlif dövlətləri danışıqlar stolu arxasına əyləşməyə və konsensusa gəlməyə dəvət etməkdən ibarətdir.

Nazir müavininin sözlərinə görə, təşkilatın prinsipləri asandan tutmuş çətinədək, sadədən tutmuş ziddiyyət təşkil edənlərədək bütün məsələləri irəliyə doğru aparmaqdır.

İyunda İstanbulda keçiriləcək AQFİTM-in iclasında sədrlik Qazaxıstandan Türkiyəyə keçəcək. Bu tədbir çərçivəsində hazırda Qazaxıstanın sədrlik etdiyi ATƏT-in nümayəndələri ilə görüşlər keçirilməsi planlaşdırılıb.

Nazir müavininin sözlərinə görə, AQFİTM-in əsas sənədi müxtəlif sahələrdə etimad tədbirlərinin kataloqudur. Bura hərbi-siyasi sahə, ekologiya məsələləri və s. daxildir.

"Hələlik bu təşkilatın müzakirə sahəsinə AQFİTM ölkələri ərazisindəki münaqşə məsələləri daxil edilməyib", - o qeyd edib.

"Biz hərbi-siyasi sahədə əksər məsələləri müzakirə edirik və həmin məsələlərə konsensus əsasında vahid yanaşma üzərində işləyirik", - Yermekbayev deyib.

Xəbər lenti

Xəbər lenti