...

Moskva metrosunda baş vermiş partlayış zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Mart 2010 13:21 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyinin son məlumatına görə, bu gün səhər Moskva metrosunda baş vermiş partlayışlar zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Moskva metrosunda baş vermiş partlayış zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Tarıverdiyeva/

RED: Yaralılar haqqında təfərrüat əlavə olunub

Azərbaycanın Rusiyadakı səfirliyinin son məlumatına görə, bu gün səhər Moskva metrosunda baş vermiş partlayışlar zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu gün səhər Moskva metrosunda baş vermiş partlayış nəticəsində zərər çəkə bilən azərbaycanlılar haqqında məlumat dəqiqləşdirilir. Bu barədə Trend -a Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.

"Biz FHN Baş Qərargahı ilə daim əlaqə yaradırıq, həlak olanların ad və soyadlarını öyrənirik, orada bizim vətəndaşlarımızın olub-olmadığını dəqiqləşdirirık. Yaxın saatlarda daha dəqiq informasiya olacaq", - səfirliyin əməkdaşı bildirib.

Bazar ertəsi səhər Moskva metropoliteninin "Lubyanka" və "Park kulturı" stansiyalarında bir saatdan az intervalla iki güclü partlayış baş verib. "Lubyanka" stansiyasında ən azı 20 nəfər həlak olub, 17 nəfərə yaxın adam yaralanıb. "Park kulturı" metro stansiyasında 12 nəfər həlak olub, 15 adam yaralanıb.

Xəbər lenti

Xəbər lenti