...

Azərbaycan Baş Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu verib

Siyasət Materials 30 Mart 2010 15:29 (UTC +04:00)
KM-dən Trend News-a verilən məlumata görə, CM-nin 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyəti yaratdığı halda, bu hal yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı üçün istisna təşkil edir.
Azərbaycan Baş Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu verib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 228.1, 229, 230, 231 və 232-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.

KM-dən Trend -a verilən məlumata görə, CM-nin 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyəti yaratdığı halda, bu hal yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı üçün istisna təşkil edir.

CM-nin 229, 230, 231 və 232-ci maddələrində bu istisna nəzərdə tutulmadığından, Baş Prokurorluq həmin istisnanın qeyd olunan maddələrə şamil edilib-edilməməsi ilə bağlı şərh verilməsini KM-dən xahiş edib.

Sorğu KM-nin palatasının iclasında müzakirə edilib və icraata qəbul olunub.

Aprelin 22-də Baş Prokurorluğun sorğusuna baxılacaq.

Xəbər lenti

Xəbər lenti