Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə Olimpiya İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 5 hektar ərazidə inşa olunacaq kompleksdə ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər tamaşaçı yerlik üzgüçülük hovuzu, güləş, trenajor zalları və digər zallar fəaliyyət göstərəcək. Bununla yanaşı, orijinal layihə əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol, basketbol, voleybol və tennis meydançaları da inşa olunacaq.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçiriləcək yeni layihələr barədə də məlumat verilib.
Dövlətimizin başçısı gilizi təmələ buraxıb, beton qarışığını töküb, inşaatçılara uğurlar arzulayıb.