...

Gələn həftə Qazaxıstan Prezidentinin ABŞ-a səfəri başlayacaq

Siyasət Materials 5 Aprel 2010 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Süleymanov/

Bu həftənin sonlarında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Vaşinqtona rəsmi səfərə gedəcək. Bu barədə Trend-ə Ak-Ordının mətbuat xidmətindən məlumat verilib.

"Qazaxıstan Prezidentinin ABŞ-a səfəri zamanı onun nüvə təhlükəsizliyi məsələlərinə həsr olunmuş beynəlxalq sammitdə iştirakı planlaşdırılıb. Sammit aprelin 12-də işə başlayacaq", - Ar-Ordıdan bildirilib.

Semipalatinsk nüvə poliqonunda nüvə sınaqlarından əziyyət çəkən Qazaxıstan nüvə silahsızlaşdırılması təşəbbüsü ilə çıxış edib. Qazaxıstanda poliqon bağıanıb, bütün nüvə silahları məhv edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti