...

Fələstinin Azərbaycandakı səfirliyi regional mandata malik olacaq – XİN rəhbəri Riyad əl-Maliki

Siyasət Materials 5 Aprel 2010 19:26 (UTC +04:00)
Fələstin Muxtariyyətinin xarici işlər naziri hesab edir ki, Bakıdakı səfirlik digər ölkələrə yayılacaq regional mandata malik olacaq.
Fələstinin Azərbaycandakı səfirliyi regional mandata malik olacaq – XİN rəhbəri Riyad əl-Maliki

Aərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ü.Sadıxova/

Fələstin Muxtariyyətinin xarici işlər naziri hesab edir ki, Bakıdakı səfirlik digər ölkələrə yayılacaq regional mandata malik olacaq.

"Hesab edirik ki, bizim Bakıda açılmış səfirliyimiz regional mandata malik olacaq ki, bununla da biz Azərbaycandan regiondakı digər ölkələrlə münasibətləri müşahidə edə bilərik. Bu çox mühüm göstəricidir", - Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionun münaqişəli ölkələri arasındakı münasibətləri yaxşılaşdırmağa yardımın - paytaxtda və digər şəhərlərdə konfranslar və seminarların keçirilməsi, yaxud ölkələr arasında mübahisəli məsələlərə dair razılıq üçün imkanların qiymətləndirilməsi üçün regional ekspertlərin toplanılması kimi üsullarını tapa bilər.

"Bu, gələcək əməkaşlığı həqiqətən möhkəmləndirəcək və müəyyənləşdirəcək və əlbəttə ki, əməkdaşlığın gələcək inkişafına yardım edəcək. Əgər Azərbaycan da Fələstində diplomatik nümayəndəlik açmaq barədə qərar verərsə, bu əlavə kömək olacaq. Eyni zamanda, ümid edirəm ki, tezliklə biz prezidentlər və digər vəzifəli şəxslər səviyyəsində görüşlər barədə danışa biləcəyik", - əl-Maliki deyib.

Azərbaycanın Fələstin Administrasiyasının rəhbərliyi ilə Ramallahdakı siyasi məsləhətləşmələri administrasiyasını XİN rəhbərinin ötən il oktyabrın sonunda Bakıya birinci səfərindən sonra güclənib.

Səfər zamanı əl-Maliki yaxın zamanlarda Azərbaycanda Fələstin səfirliyinin açılması barədə bəyanat vermişdi.

Fələstinli nazirin fikirincə, Yaxın Şərq münaqişəsinin həll edilməsində Azərbaycanın vasitəçi olmaq üçün yaxşı potensialı var.

"Biz (Fələstin Muxtariyyəti) hər zaman bildirmişik ki, Azərbaycanın bizim regionda ən azı siyasi səviyyədə mühüm rolunu görmək istəyirik. İsrail və Fələstin ilə yaxşı münasibətdə olması Azərbaycana bu münaqişədə (İsrail-Fələstin münaqişəsi) yaxşı vasitəçi olmağa imkan verir", - əl-Maliki deyib.

"Həm İsrail, həm də Fələstin Azərbaycanın regionda aparıcı roluna hörmət edir ki, bu da Bakının istəyəcəyi təqdirdə onun qarşısında vasitəçilik üçün imkanlar açır", - əl-Maliki belə hesab edir.

"Eyni zamanda, Azərbaycan bu cür iclaslar keçirmək istəyində olması barədə işarə verərsə, mən əminəm ki, bütün ölkələr Azərbaycanın regional dövlətlərin konkret məsələyə dair mövqelərinin yaxınlaşmasında lider roluna dəstək verəcək", - əl-Maliki deyib.

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasın Bakıya səfəri barədə danışan XİN rəhbəri bildirib ki, adminstrasiya həmin səfərdə çox maraqlıdır, lakin müvafiq zaman müəyyən etmək və Azərbaycan tərəfi ilə addımları uyğunlaşdırmaq lazımdır.

"Bu səfər ölkələr arasında çərçivə memorandumunun imzalanması, yaxud prezidentlər və ya xarici işlər nazirləri səviyyəsində müştərək komitələrin yaradılması üçün imkanlar yarada bilər", - nazir deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə gəldikdə isə, əl-Maliki Fələstin Administrasiyasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini bildirib.

"Fələstinlilər problemlərin həlli üçün ən yaxşı yol seçərək siyasi danışıqlara üz tutublar və biz ümidvarıq ki, Azərbaycan Ermənistanla olan münaqişəni siyası danışıqlar vasitəsilə həll edə biləcək. Biz Azərbaycanla ərazi bütövlüyü məsələsində tam həmrəyik", - o deyib.

Xəbər lenti

Xəbər lenti