...

GUAM öz üzvləri üçün olduqca faydalı təşkilatdır - Ukrayna səfiri

Siyasət Materials 22 Aprel 2010 17:06 (UTC +04:00)
GUAM dörd ölkənin hər biri üçün son dərəcə faydalı təşkilatdır. Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk belə hesab edir.
GUAM öz üzvləri üçün olduqca faydalı təşkilatdır  - Ukrayna səfiri

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir V.Javoronkova/

GUAM dörd ölkənin hər biri üçün son dərəcə faydalı təşkilatdır. Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk belə hesab edir.

"Digər məsələ isə ona necə düzəlişlər etmək, qonşularımızda baş verən hadisələri nəzərə alaraq onu yeni reallıqlara uyğunlaşdırmaq və dörd tərəfi qane edəcək ümumi məxrəcə gəlməkdir", - Klimçuk cümə axşamı jurnalistlərə deyib.

"Bu ümumi məxrəc var. Mən onu iqtisadi və maliyyə məsələlərində, maraqların qovuşmasında axtarardım", - diplomat vurğulayıb.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə qurumu tərk edib. 2006-cı ildə Kiyevdə bu formatın ilk sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və yeni adla - GUAM - demokratiya və iqtisadi inkişaf naminə təşkilat adlandırılması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti