...

Azərbaycan və İsrailin turizm potensialları müzakirə edilib

Siyasət Materials 5 May 2010 14:02 (UTC +04:00)
İsrail turizm sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
Azərbaycan və İsrailin turizm potensialları müzakirə edilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

İsrail turizm sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Trend-in Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri çərşənbə günü İsrailin turizm naziri Stas Misejnikov İsraildə səfərdə olan Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşü zamanı səsləndirib.

Nazim İbrahimov Azərbaycanın geniş turizm potensialı barədə ətraflı məlumat verib, ölkəmizin də bu sahədə İsraillə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Görüşdə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə İsrailin turizm nazirinin bu ilin iyulunda ölkəmizə səfərə gəlməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti