...

Aİ-nin ali nümayəndəsi Cənubi Qafqaz ölkələri ilə assosiasiya barədə razılaşmanın imzalanmasında olan irəliləyişi alqışlayır

Siyasət Materials 11 May 2010 20:57 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Cənubi Qafqaz ölkələri ilə Aİ arasında assosiasiya barədə ikitərəfli razılaşmaların imzalanmasına dair danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini alqışlayır.
Aİ-nin ali nümayəndəsi Cənubi Qafqaz ölkələri ilə assosiasiya barədə razılaşmanın imzalanmasında olan irəliləyişi alqışlayır

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi xanım Ketrin Eşton Cənubi Qafqaz ölkələri ilə Aİ arasında assosiasiya barədə ikitərəfli razılaşmaların imzalanmasına dair danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini alqışlayır. Bu barədə Aİ-nin bəyanatında deyilir.

Aİ-nin 27 ölkəsinin XİN rəhbərləri Şurası danışıqlar çərçivəsini təqdir edib, Azərbaycan, Ermənistan, Gürcüstan və Ai arasında assosiasiya barədə ikitərəfli razılaşmaların bağlanmasına dair danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib.

"Assosiasiya haqqında razılaşmalar bizim mövcud olan öhdəliklər çərçivəsindən kənarda olan munasibətlərimizin yenilənməsi üçün vacib bir alətdir. Bu vaxt Aİ-də olan siyasi assosiasiya və iqtisadi inteqrasiya nəzərə alınmalıdır", Eşton deyib.

O deyib ki, kecən il Praqa sammitində bəyənilmiş "Şərq tərəfdaşlığı" proqramı Aİ və Cənubi Qafqaz ölkələri arasında olan munasibətlərin yeni səviyyəyə cıxarılması üçün çərçivələr təklif edib. Onun sözlərinə görə, danışıqlar prosesi açıqlıq prinsipləri üzərində qurulacaq.

Aİ-yə üzv olmağın mümkünlüyünü özündə əks etdirməyən assosiasiya barədə razılaşmaları hazırda qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq barədə ikitərəfli müqavilələr əvəzləyəcək.

"Şərq tərəfdaşlığı"nın tərəfdaş ölkələrin həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə aktiv iştirakı ilə müvəffəqiyyətlə həyata keçirilməsi münasibətləri vahid dəyərlərin əsasında möhkəmlədəcək. Bu, həmçinin siyasi və iqtisadi islahatlara yol açacaq və dövlət idarəçiliyinin, regional sabitliyin və çiçəklənmənin bərqərar olmasına şərait yaradacaq", - Eşton deyib.

Xəbər lenti

Xəbər lenti