Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ü.Sadıqova/
Dövlət sifarişi üzrə tələbə qəbulunun yeni mexanizmlərinin tətbiqi sağlam rəqabəti təmin edəcək. Təhsil naziri Misir Mərdanov belə hesab edir.
"Biz dövlət sifarişi üzrə tələbə qəbulunun yeni mexanizmindən universitetlər arasında sağlam rəqabətin yaranacağını gözləyirik, bununla da adamlar keyfiyyətli təhsil verən və hökumətin sponsorluq etdiyi ali məktəblərə müraciət edəcəklər", - Mərdanov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu mexanizmin tətbiqində özəl universitetlərin də iştirakı mümkündür. Mərdanov bildirib ki, bu məsələ, hər şeydən əvvəl, hər bir tələbəyə görə vəsaitin ayrılması ilə bağlıdır.
"Sistem təhsil və iqtisadi inkişaf nazirlikləri ilə birgə həyata keçiriləcək. Bu, Azərbaycan hökumətinə hansı ixtisasların daha çox lazım olduğunu müəyyən etməyə imkan verir; həmin tələblərə uyğun olaraq gənclər universitetlərə daxil olacaq və dövlət hesabına oxuyacaqlar, digərləri isə öz hesablarına təhsil alacaqlar", - nazir deyib.
Onun sözlərinə görə, yerlərin bölüşdürülmə prosesi hələ başa çatmayıb.