...

Çexiya Azərbaycana strateji tərəfdaş kimi baxır – Yan Koxout (FOTO)

Siyasət Materials 14 May 2010 14:35 (UTC +04:00)
Çexiya Azərbaycana əsas strateji tərəfdaşlarından biri kimi baxır. Bu barədə Çexiya XİN başçısı Yan Koxout cümə günü Bakıda jurnalistlərə bildirib.
Çexiya Azərbaycana strateji tərəfdaş kimi baxır – Yan Koxout (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Ağayeva /

Çexiya Azərbaycana əsas strateji tərəfdaşlarından biri kimi baxır. Bu barədə Çexiya XİN başçısı Yan Koxout cümə günü Bakıda jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkədəki iqtisadi problemlərə baxmayaraq, Çexiyanın Azərbaycanda səfirliyini açması buna sübutdur.

Çexiya və Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl, energetika sahəsində uğurla əməkdaşlıq edir. Bu barədə Koxout azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra mətbuat konfransında deyib.

"Çexiyanın istifadə etdiyi neftin 25 faizi bu gün Azərbaycandan alınır",  - nazir deyib.

Bundan əlavə, Koxoutun sözlərinə görə, Çexiya Azərbaycanla infrastrukturun inşası, turizm, suyun təmizlənməsi, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.

Bakı ilə Praqa arasında hava yolunun açılması barədə saziş iki nazir arasında Bakıdakı danışıqların nəticəsi olub.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Koxout deyib ki, Çexiya Respublikası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yardım etməkdə maraqlıdır, tərəflər arasındakı danışıqlara dəstək göstərməyə hazırdır.

"Biz həmişə beynəlxalq hüququn norma və prinsiplərinə istinad edirik və Madrid sənədində ölkələrin ərazi bütövlüyü prinsipi əks olunub", - çexiyalı nazir bildirib.

Xəbər lenti

Xəbər lenti