...

Azərbaycan NATO-ya mülki fövqəladə planlaşdırmada səylər göstərməyə hazırdır - nazir Kəmaləddin Heydərov (FOTO)

Siyasət Materials 18 May 2010 10:40 (UTC +04:00)
Təbii və texnogen xarakterli fəlakətlərlə bağlı daim riskləri nəzərə alaraq, NATO-nun üzv və tərəfdaş dövlətləri mülki fövqəladə planlaşdırma üzrə müavinətlərin və beynəlxalq yardım mexanizmlərinin daha da gücləndirilməsində birgə işləməlidirlər. Bunu Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin çərşənbə axşamı Bakıda keçirilən plenar iclasında bildirib.
Azərbaycan NATO-ya mülki fövqəladə planlaşdırmada səylər göstərməyə hazırdır - nazir Kəmaləddin Heydərov (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Təbii və texnogen xarakterli fəlakətlərlə bağlı daim riskləri nəzərə alaraq, NATO-nun üzv və tərəfdaş dövlətləri mülki fövqəladə planlaşdırma üzrə müavinətlərin və beynəlxalq yardım mexanizmlərinin daha da gücləndirilməsində birgə işləməlidirlər. Bunu Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin çərşənbə axşamı Bakıda keçirilən plenar iclasında bildirib.

"Bu xüsusda Azərbaycan NATO-ya mülki fövqəladə planlaşdırmada əlavə dəyər verən töhfələr etmək üçün səylər göstərməyə hazırdır. NATO mülki fövqəladə planlaşdırma ilə dinamik əməkdaşlıq qarşılıqlı qüvvətləndirmə təsiri verir. Bu, Azərbaycanın milli müqavimətinin güclənməsinə, onun ehtiyac duyulan vaxt və məkanda beynəlxalq yardıma töhfə verməyə hazırlıqdır", - nazir vurğulayıb.

Bu gün Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası başlayıb.

Heydərovun sözlərinə görə, ötən illər ərzində Azərbaycanın mülki fövqəladə sistemi yenidən təşkil edilib, vahid tənzimləyici siyasət çərçivəsi yaradılıb.

"Tərəfdaşlıq üçün vacib bir addım mülki fövqəladə planlaşdırma ilə əlaqəli təlimlərdə iştirak etmək imkanıdır. Belə təlimlər praktiki bacarıqları gücləndirir və canlı təcrübə mübadiləsi üçün şərait yaradır", - nazir deyib.

Tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələri iştirak edirlər. Mərasimə NATO baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi, səfir Maurits Yohems də qatılıb.

İki gün davam edəcək iclasın ilk günü NATO və tərəfdaş ölkələr üçün keçirilir.

Xəbər lenti

Xəbər lenti