...

İlham Əliyev Abdullah Gülə başsağlığı verib

Siyasət Materials 20 May 2010 20:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı verib.
İlham Əliyev Abdullah Gülə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Zonquldak vilayətindəki "Karadon" kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti