...

Azərbaycan qadınlarının siyasi həyatda fəallığı gender stereotiplərindən azad olmağa kömək edəcək - Avropa Şurası Baş katibinin müavini

Siyasət Materials 22 May 2010 13:29 (UTC +04:00)
Qadınların fikrinin nəzərə alınması və onlara siyasi həyatda daha aktiv iştirak üçün kömək edilməsi Azərbaycanda gender stereotiplərinə qalib gəlməyə kömək edəcək. Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio belə hesab edir.
Azərbaycan qadınlarının siyasi həyatda fəallığı gender stereotiplərindən azad olmağa kömək edəcək - Avropa Şurası Baş katibinin müavini

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Y.Ostapenko/

Qadınların fikrinin nəzərə alınması və onlara siyasi həyatda daha aktiv iştirak üçün kömək edilməsi Azərbaycanda gender stereotiplərinə qalib gəlməyə kömək edəcək. Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio belə hesab edir.

"Belə məsələlər təhsil və məlumatlandırılma səviyyəsinin yüksəldilməsi yolu ilə həll edilməlidir", - Bukikkio Trend-ə müsahibəsində Azərbaycana olan səfəri ərəfəsində söyləyib.

Bakıda mayın 24-25-də Azərbaycan hökumətinin və AŞ-nin dəstəyi ilə "Gender bərabərliyi" mövzusunda konfrans keçiriləcək. Bukikkiodan başqa, konfransda BMT Baş katibinin müavini Aşa Rouz Migiro da iştirak edəcək.

Bukikkio artıq 3-cü dəfədir, Azərbaycana səfər edir. 1999-cu ildən başlayaraq, yəni hələ Azərbaycanın AŞ-yə 2001-də qəbul olunmasından əvvəl, o, Azərbaycan hökuməti ilə daimi əlaqədə olub. Bukikkio, əsasən, özünün dediyi kimi, ona yaxın məsələlərlə - qadın və uşaq hüquqları ilə məşğul olur. Qadın və uşaq mövzusunu o, Azərbaycanda ədliyyə naziri, Parlamentin uşaq hüquqları məsələləri üzrə işçi qrup və ombudsmanla müzakirə etməyi planlaşdırır.

"Azərbaycanda AŞ nazirlərinin kişi və qadınların bərabərliyi mövzusunda konfransın keçirilməsi faktı gender bərabərliyinin təmin olunması istiqamətində bir addımdır", - Bukikkio deyib.

Onun sözlərinə görə, qanunun Azərbaycanda qadın və kişilərin bərabərliyini nəzərdə tutmasına baxmayaraq, qanun və reallıq arasında bir çox başqa Avropa dövlətlərində olduğu kimi boşluqlar var. Konfransın məqsədi bu boşluqları üzə çıxarmaq və onların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Bukikkio AŞ adından Azərbaycanda bələdiyyə səviyyəsində olan irəliləyişi razılıqla qeyd edir. Burada qadınların iştirak faizi 26 faizə qaldırılıb. Əvvəl bu göstərici iki faizdən az olub. Müsbət qiymətləndirmə ilə yanaşı, Bukikkio ölkədə dövlət və siyasi məsələlərin həllində qadınların az iştirak etməsi ilə bağlı narahat olduğunu bildirib.

"Bizi narahat edən odur ki, ölkədə indi parlamentarilərin cəmi 11%-i qadındır. Həmçinin, vacib qərarlar qəbul edən qadın nazir və nazir müavinlərinin sayını çoxaltmaq da yaxşıdır", - Bukikkio deyib.

AŞ tərəfindən əhalinin daha həssas təbəqəsinin müdafiəsinə dair faydalı alətlər işlənib-hazırlanıb. Bukikkionun fikrincə, bu təkliflər Azərbaycan tərəfindən istifadə olunacaq. Məsələn, AŞ tərəfindən məişət zorakılığına qarşı aparılan kampaniya və uşaqların seksual istismar və təcavüzdən müdafiəsinə dair konvensiya Parlamentdə bəzi tədbirlərin müzakirəsinin başlanmasına kömək edib.

"Mən əminəm ki, ailədə zorakılıq haqda effektiv qanunun qəbul edilməsi əsas nailiyyət ola bilər. Bu, təcavüzün qarşısını almağa kömək edəcək, cəzasızlığa son qoyacaq, bunun qurbanlarına köməklik göstərəcək, qadınlara onlara qarşı edilmiş zorakılıq haqda məlumat verməyə, ədalət və müdafiəyə nail olmağa imkan yaradacaq", - o deyib.

Erkən nikahlar məsələsində (belə nikahlar ərəb ölkələri ilə yanaşı, Azərbaycanın kənd rayonlarında da yayılıb) Bukikkio qızların yaş senzinin qaldırılmasını dəstəkləyir. O ümid edir ki, Azərbaycanın Milli Məclisi uşaqlara münasibətdə bütün zorakılıq formalarının (ailədə cismani cəza da daxil olmaqla) qadağan olunmasını dəstəkləyəcək.

Ailə qurulması üçün olan 18 yaş 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası tərəfindən təyin olunub. Beynəlxalq standartlara görə, erkən yaşda qurulan nikahlar insan hüquqlarının pozulması sayılır. Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair konvensiyanı 1992-ci ildə ratifikasiya edib.

Bukikkio ümid edir ki, AŞ və BMT Azərbaycan Parlamentini yetkinlik yaşına çatmamışlara münasibətdə ədliyyə sahəsində fəaliyyətə ilhamlandıracaq.

"Qanunla dostluq etməyən uşaqlarla uşaq kimi rəftar etmək lazımdır. Bu onlara cəmiyyətə reinteqrasiya olunmağa şans verəcək", - o deyib.

"Zorakılıqla mübarizəyə yalnız hökumət və Parlament deyil, bütün ictimaiyyət cəlb olunmalıdır", - o belə düşünür.

"Biz əminik ki, zəruri dəyişikliklərə təkan xalqdan, QHT-dən, peşəkar birliklərdən, KİV-dən və biznes dairələrindən gələcək", - o deyib.

Bukikkio Azərbaycanın 2001-ci ildə AŞ-yə daxil olarkən öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində olan nailiyyətlərini də müsbət qiymətləndirib.

"Ölkənizin bütün əhalisinin Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə çıxışı var və bunun nəticələrini qiymətləndirməmək düz deyil", - o deyib.

Azərbaycanın müstəqil ekspertlərinin, hökumət nümayəndələrinin və Parlament üzvlərinin konvensiyanın və AŞ çərçivəsində siyasətin işlənib-hazırlanmasında iştirakı onlara öz problem və təcrübələri ilə bolüşməyə imkan yaradır. Evə qayıdanda onlar özləri ilə görüləcək işlər haqda ideya və tövsiyələr aparırlar.

Onun sözlərinə görə, AŞ-nin insan hüquqları üzrə bir təşkilat kimi borcu həmişə irəliləyişə nail olmaqdır. Buna baxmayaraq, real dəyişikliklərə nail olmaq qanun və iclaslardan daha çox vaxt aparır.

"Bütün bunlar demokratik dəyərlərin irəliləyişində olan bütün ictimaiyyətin mobilizəsində siyasi istəyə, mərdliyə və uzaqgörənliyə çağırır. Biz hökumətə Azərbaycanın Avropa ailəsinə inteqrasiyasını təmin etmək fikrində olduğu halda kömək etməyə hazırıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti