...

Azərbaycan müxalifətçiləri ABŞ-da bir araya gələcəklər

Siyasət Materials 22 May 2010 14:46 (UTC +04:00)
Azərbaycanın üç müxalifət partiyasının rəhbəri olan deputatlar mayın 29-da ABŞ-a səfərə yola düşəcəklər.
Azərbaycan müxalifətçiləri ABŞ-da bir araya gələcəklər

Azərbaycan, Bakı, 22 may /Trend, A.Hüseynbala/

Azərbaycanın üç müxalifət partiyasının rəhbəri olan deputatlar mayın 29-da ABŞ-a səfərə yola düşəcəklər.

"Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev ABŞ-ın Ədliyyə Nazirliyinin "Təqsirin etirafı ilə bağlı qanunvericilik təcrübəsi" mövzusunda təşkil edəcəyi tədbirdə iştirak edəcəklər", - şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

İyunun 6-dək davam edəcək səfər çərçivəsində deputatlarımızın bir sıra görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti