...

Bakıda yol polisləri sürücülər üçün əlverişli olan yeni formalarda olacaq

Siyasət Materials 23 May 2010 15:59 (UTC +04:00)
Bakida yol polisinə təqdim olunan yeni formalar sürücülərin qabaqcadan qaranlıq şəraitdə yol polislərini görməyə əlverişli şərait yaradacaq, bunu bazar günü Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bildirib.
Bakıda yol polisləri sürücülər üçün əlverişli olan yeni formalarda olacaq

Azərbaycan, Bakı, 23 may /Trend, müxb. İ.Hüseynov/

Bakida yol polisinə təqdim olunan yeni formalar sürücülərin qabaqcadan qaranlıq şəraitdə yol polislərini görməyə əlverişli şərait yaradacaq, bunu bazar günü Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bildirib.

"Yol polislərinə verilən yeni yay formalarının üzərində olan sarı rəngdə jilet, sürücülərin günün qaranlıq vaxtı qarşıda dayanan yol polisi əməkdaşını görməyə imkan yaradacaq. Eyni zamanda, yeni formalar yol polisinin təhlükəsizliyi üçün də əlverişlidir, çünki qaraqnlıq saatda həmin sarı rəngdə jilet işıq saçacaq", Hənifəyev deyib.

Artiq yeni formalar Bakı şəhər yol polisi idarəsi daxil olmaqla, şəhərin 11 rayon yol polisi şöbələrinə paylanılıb.

Xəbər lenti

Xəbər lenti