...

Gürcüstanın ABŞ tərəfindən dəstəklənməsi daha məqsədyönlü olub - səfir

Siyasət Materials 27 May 2010 14:25 (UTC +04:00)
ABŞ-ın Tbilisiyə dəstəyi azalmayıb, - bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya Gürcüstanın Müstəqillik Günü münasibətilə Vaşinqtonda gürcü nümayəndə heyətini qəbul edərkən məlumat verib.
Gürcüstanın ABŞ tərəfindən dəstəklənməsi daha məqsədyönlü olub - səfir

Gürcüstan, Tbilisi, 27 may /Trend, müxbir N.Kirsxaliya/

ABŞ-ın Tbilisiyə dəstəyi azalmayıb, - bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya Gürcüstanın Müstəqillik Günü münasibətilə Vaşinqtonda gürcü nümayəndə heyətini qəbul edərkən məlumat verib.

Qəbulda Gürcüstana dəstək göstərən ABŞ Senatı, Konqresinin nümayəndələri iştirak ediblər.

"Bundan başqa, qeyd etmək lazımdır ki, bu dəstək yeni pilləyə qədəm qoyub, daha məqsədyünlü olub və əvvəlcədən planlaşdırılmış mühit və miqyasda davam edir", - səfir deyib.

Kuteliya qeyd edib ki, qəbul çox mötəbər şəkildə keçib və "Gürcüstanın ABŞ-ın rəsmi strukturları tərəfindən dəstəklənməsinin nümayişidir"."Bu şəxslər Gürcüstan və ABŞ arasında əlaqələrin inkişafı üçün ABŞ Senatı və Konqresində daimi olaraq çalışırlar", - o bildirib.

Xəbər lenti

Xəbər lenti