...

Mixail Saakaşvili iyunun 7-də Parisə səfər edəcək

Siyasət Materials 27 May 2010 15:10 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Nikolya Sarkozi ilə görüşəcək. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze jurnalistlərə verdiyi müsahibəsində Saakaşvilinin iyunun 7-də Parisə səfər edəcəyini deyib.
Mixail Saakaşvili iyunun 7-də Parisə səfər edəcək

Gürcüstan, Tbilisi, 28 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Nikolya Sarkozi ilə görüşəcək. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze jurnalistlərə verdiyi müsahibəsində Saakaşvilinin iyunun 7-də Parisə səfər edəcəyini deyib.

Kalandadzenin sözlərinə görə, görüşdə hərbi, aviasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gürcüstan tərəfi, həmçinin, Rusiyanın 2008-ci ilin avqust ayında atəşkəs haqqında sazişin şərtlərinə əməl etmək məsələsini qaldırıb.

Prezidentin başçılıq etdiyi Gürcüstan nümayəndə heyəti iyunun 9-da Tbilisiyə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti