...

Azərbaycanın hakim partiyası ATƏT ilə parlament seçkilərinə hazırlığı müzakirə edib

Siyasət Materials 4 İyun 2010 15:24 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə parlament seçkiləri, hazırlıq prosesi və seçki komissiyaları haqqında fikir mübadiləsi aparıb.
Azərbaycanın hakim partiyası ATƏT ilə parlament seçkilərinə hazırlığı müzakirə edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə parlament seçkiləri, hazırlıq prosesi və seçki komissiyaları haqqında fikir mübadiləsi aparıb. Bu barədə YAP-ın rəsmi saytının yaydığı məlumatda bildirilir.

Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Görüşdə həmçinin ATƏT ilə YAP arasında əlaqələrin inkişaf perspektivləri, həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə danışılıb.

YAP icra katibinin müavini Səyavuş Novruzov da görüşdə iştirak edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti